AZ

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
50
anews.az

10Mənbələr