Əlcəzair-Tunis sərhədində 4,8 maqnitudalı zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Əlcəzairin Henşela şəhərindən 115 km cənub-şərqdə və Tunisin Tameqza şəhərindən 50 km qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.