AZ

Yaponiya sahillərində güclü zəlzələ baş verib

Yaponiya sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 550 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 km şimal-şərqdə olub. Zəlzələ ocağı 37 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
19
39
far.az

10Mənbələr