AZ

PSJ-dən Premyer Liqa klubuna keçdi, 4 illik müqavilə imzaladı

“Sanderlend” fransalı Nordi Mukieleni heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sağ cinah müdafiəçisi klubla 4 illik müqavilə imzalayıb.

“Sanderlend” 27 yaşlı oyunçu üçün PSJ-yə 12 milyon avro ödəyib.

Mukiele 2022-ci ilin yayından PSJ-də idi. Paris klubunun heyətində o, bütün turnirlərdə 45 oyun keçirib, 4 qol ötürməsi ilə yadda qalıb. Son mövsümü isə icarə əsasında “Bayer”də keçirib.

Ötən mövsümün yekununda “Sanderlend” Çempionşipdən Premyer Liqaya yüksəlib.

Seçilən
51
50
sportinfo.az

10Mənbələr