AZ

“Sabah”ın hücumçusundan etiraf: “Mərhələni keçmək tam olaraq rəqibin haqqı idi”

“Düşünürəm ki, mərhələni keçmək tam olaraq rəqibin haqqı idi.

Onlar matç boyu daha nizamlı, daha ağıllı və daha soyuqqanlı oynadı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah”ın hücumçusu Pavol Şafranko deyib.

Slovakiyalı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Levski yə 0:2 hesabı ilə uduzduqları matçı dəyərləndirib:

“Qarşılarına çıxan imkanları maksimum dəyərləndirdilər. Biz isə bəzi epizodlarda istədiyimiz oyunu göstərə bilmədik, hücumlarımız yetərincə kəsərli olmadı.

Bu reallığı qəbul etməliyik. Futbolda bəzən daha çox istəsən də, istədiyini əldə edə bilmirsən.

Amma bu, bizi ruhdan salmamalıdır. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə borcluyuq”.

Seçilən
59
50
sportinfo.az

10Mənbələr