AZ

“İnter”i “Atalanta"ya dəyişir

“İnter”in yarımmüdafiəçisi Nikola Zalevski karyerasını “Atalanta”da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, polşalı futbolçunun transferi ilə bağlı klub rəhbərlikləri razılığa gəlib.

Məlumata görə, “Atalanta” 23 yaşlı oyunçunun keçidi üçün “İnter”ə 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsüm Zalevski mövsümün əvvəlini “Roma”da keçirib, qışda isə icarə əsasında “İnter”ə keçib. Yay fasiləsində “neradzurrilər” polşalı futbolçunun transfer hüquqlarını 6 milyon avroya almışdı. Ümumilikdə o, hər iki klubun heyətində 34 oyun keçirib, 1 qol və 3 assistlə yadda qalıb.

Yeni mövsüm A Seriyası 23 avqustda start götürəcək.

Seçilən
29
40
90deqiqe.az

10Mənbələr