“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın qapıçısı Edersonun mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Mirror" ispan mütəxəssisindediklərini belə çatdırıb.
“Hazırda dəqiq məlumatım yoxdur. Dünən onun xəstə olduğunu gördüm, qastroenteritdir. Bundan sonra idman direktorumuz Uqo Viana ilə danışmamışam. Mən həmişə belə düşünmüşəm: əgər futbolçu getmək istəyirsə, getsin, amma klubun şərtləri daxilində. Burada xoşbəxt deyilsə, qalmasının mənası yoxdur. Bu yanaşmam hələ “Barselona”dan bəri dəyişməyib”
Xatırladaq ki, braziliyalı qolkiper İngiltərə Premyer Liqasının I turunda “Vulverhempton”la oyunun (0:4) iştirak ərizəsinə daxil edilməmişdi.
Qeyd edək ki, mətbuatda Edersonla “Qalatasaray”ın ciddi maraqlandığı barədə xəbərlər yayılıb. 2017-ci ildən “şəhərlilər”in formasını geyinən 30 yaşlı qapıçının klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.