AZ

Leyendən Zelenski-Tramp görüşü ərəfəsi açıqlama

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Ev rəhbəri Donald Trampın görüşündən əvvəl açıqlama verib.

“Qafqazinfo”  “Reuters”ə istinadən xəbər verir ki, Leyen münaqişəninin həllini sülhdə gördüklərini açıqlayıb. 

“Sülhə güc yolu ilə nail olmaq lazımdır”-, deyə Komissiya rəhbəri bildirib.  

Qeyd edək ki, Avropa ölkələrindən olan “istəklilər koalisiyasının” iştirakçıları videobağlantı vasitəsilə Ukrayna ilə Rusiya arasında ərazi məsələsini və Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər.

Xatırladaq ki, Zelenski ilə Ağ Ev rəhbəri Donald Tramp arasında görüş bazar ertəsi planlaşdırılır.

 

Seçilən
70
50
qafqazinfo.az

10Mənbələr