AZ

Astara 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib

Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Suparibağ kəndində qeydə alınıb. 

Belə ki, avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
44
50
cebheinfo.az

10Mənbələr