Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib.
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.
Belə ki, avqustun 17-si axşam saatlarında Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.