AZ

Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 14-ə çatıb

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə, yaralananların sayı isə 135 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda yenilənmiş məlumata görə, 149 nəfər xəsarət alıb, onlardan 14-ü ölüb”, - məlumatda deyilir.

Seçilən
26
27
aznews.az

10Mənbələr