Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Zakon.kz-a Nəqliyyatda Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində iki nəfər ölüb.
Qeyd edilib ki, UP-LA-229 özəl yüngül təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı Astana stansiyasının polis xətti idarəsi tərəfindən Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü bəndi üzrə ibtidai istintaqa başlanılıb.