Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.
Hadisə nəticəsində bir pilot və bir sərnişin həyatını itirib.
Qəzanın səbəblərin araşdırılması üçün xüsusi komissiya yaradılıb, hüquq-mühafizə orqanları isə ilkin istintaqa başlayıb.