ABŞ-nin Nyu-York şəhərinin Bruklin bölgəsində gecə klubunda atışma baş verib.
Manset.az xəbər verir ki, Nyu-York şəhər polisinin yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis atəşin bir neçə nəfər tərəfindən açıldığını və hələ heç kəsin məsuliyyətə cəlb olunmadığını açıqlayıb.
Hadisənin digər detalları araşdırılır.