Bakı. Trend:
ABŞ-nin Nyu-Yorkun ştatının Bruklin şəhərindəki restorandaatışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzeti xəbərverib.
"Bruklin restoranının bağlanmasına az qalmış bir neçə silahlışəxsin atəş açması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb", -deyə bildirilib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 03:30 radələrində başverib.
Yaralananların hamısının xəstəxanaya yerləşdirildiyi bildirilib.Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitiniaraşdırır.