Premyer Liqanın I turunda bu gün daha bir oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq.
Görüş saat 20:30-da start götürəcək.
Daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.
20:30. “Sumqayıt” – “Kəpəz” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende.
Baş məşqçi: Saşa İliç.
"Kəpəz": 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao, 55. Donald Donqo.
Baş məşqçi: Adil Şükürov.