Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" Şamaxıda "İmişli"nin qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq.
Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1.
Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
17:00. “İmişli” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaskilya
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdıyev
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”