AZ

“Neftçi” və “Turan” öz oyunçularını bu kluba icarəyə verdi

"Kəpəz" heyətini iki yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Raul Məmmədovla Elcan Əbilovu komandaya cəlb edib.

Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. 20 yaşlı Elcan isə yarımmüdafiəçidir.

Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "Kəpəz"də oynayacaq. Raul "Mingəçevir"dən, Elcan "Neftçi"də heyətə cəlb edilib.

"Kəpəz" daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Otar Aptsiauri, Kaçper Rosa, Fərid Nəbiyev, Olavale Onanuqa, Vitor Feijao, Cefferson Masiel Bentu, Donqo Kresus Donaldı transfer edib. Mahamadu Ba, Paçu Lira, Ehtiram Şahverdiyev, Əli Səmədov, Məmməd Hüseynov, Ümid Səmədovla isə müqavilə müddətini uzadıb.

Seçilən
35
50
sportinfo.az

10Mənbələr