AZ

Ermənistanla İran arasında GƏRGİNLİK: Tehran rəsmən bunu tələb etdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi ötən gün Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla ö görüşüb.

Globalinfo.az-ın xəbərinə görə, görüş zamanı Xərrazi ABŞ-nin bölgədəki fəaliyyətlərinə etiraz edib və bildirib ki, Amerikanın Ermənistanda investisiya şirkəti və rabitə marşrutu operatoru kimi iştirakı İran üçün qəbuledilməzdir:

“Bu addım Vaşinqtonun regiona gələcəkdə daha çox müdaxiləsinə zəmin yarada bilər”, – deyə o vurğulayıb.

Öz növbəsində Kostanyan İranın daimi dəstəyinə görə təşəkkür edib və qeyd edib ki, Ermənistanın xarici siyasətində Tehranla münasibətlərə xüsusi yer ayrılır, həmçinin İranın narahatlıqları və qırmızı xətləri nəzərə alınmalıdır.

Kostanyan səfəri çərçivəsində həmçinin İranın xarici işlər naziri Abbas Əraqçı, nazir müavini Məcud Təxte Rəvançi, ali rəhbərin digər müşaviri Əli Əkbər Vilayəti, eləcə də Prezidentin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalibi Sənai ilə də danışıqlar aparıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
39
globalinfo.az

10Mənbələr