AZ

"Bu, Baydenin müharibəsidir" - Tramp

"Mən atəşkəs olmasını istərdim. Əgər atəşkəs olmasaydı, sevinməzdim, amma hamı deyir ki, atəşkəs olmayacaq, bu, ikinci görüşdə olacaq. Hər şey yaxşı olsa, çox yaxında başqa bir görüşümüz olacaq. Yaxud daha heç görüşümüz olmayacaq, bəlkə də heç vaxt".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçiriləcək Alyaska sammitindən əvvəl "Fox News" telekanalına müsahibəsində deyib. 

Siyasətçi vaxt itirmək niyyətində olmadığını və bu həftə Ukrayna ilə bağlı irəliləyiş gözlədiyini bildirib: "Mən tarixə və ya buna bənzər bir şeyə baxmıram, sövdələşmənin özünə baxıram. Razılığa gələ bilsək, əla. Əgər belə bir şansın olmadığını görsəm, sadəcə gedəcəyəm... Bu, mənim müharibəm deyil, Baydenin müharibəsidir". 

Amerika liderinin sözlərinə görə, növbəti görüşdə (danışıqlar uğurlu olarsa) Zelenski, Putin və özü iştirak edəcək.

Ağarza Elçinoğlu 

Seçilən
33
50
unikal.az

10Mənbələr