Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə davam edəcək.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.
Onun sözlərinə görə, diplomatik səylərdən asılı olmayaraq sentyabrın əvvəlində Aİ-yə üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar bu ölkəyə qarşı 19-cu sanksiyalar paketinin qəbul etmək niyyətindədir.
“Döyüşlər davam etdiyi müddətdə biz Rusiyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcəyik və 19-cu sanksiyalar paketini hələ sentyabrın əvvəlində qəbul etmək niyyətindəyik”, - deyə o bildirib.