ain.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 17 avqust , AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində gecə klubunda atışma baş verib.
AZƏRTAC xəbər verir ki, Nyu-York şəhər polisinin yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis atəşin bir neçə nəfər tərəfindən açıldığını və hələ heç kəsin məsuliyyətə cəlb olunmadığını açıqlayıb.
Hadisənin digər detalları araşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.