İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşdə ABŞ-ın bölgədəki fəaliyyətlərinə etiraz edib.
Xərrazi bildirib ki, Amerikanın Ermənistanda investisiya şirkəti və rabitə marşrutu operatoru kimi iştirakı İran üçün qəbuledilməzdir, çünki bu, Vaşinqtonun regiona gələcəkdə daha çox müdaxiləsinə zəmin yarada bilər.
Bizim.Media xəbər verir ki, görüşdə Kostanyan İrana daimi dəstəyi üçün təşəkkür edib və vurğulayıb ki, Ermənistanın xarici siyasətində İranın narahatlıqları və “qırmızı xətləri” nəzərə alınmalıdır.
Qeyd edək ki, avqustun 13-də İrana səfər edən Kostanyan, habelə İran xarici işlər naziri Abbas Əraqçı və digər rəsmilərlə də görüşüb. (IRIB News)
Bizim.Media