AZ

Nyu-Yorkda silahlı insident: 3 ölü, 8 yaralı var

ABŞ-da, Nyu-York şəhərinin Bruklin rayonunda baş verən atışma nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bizim.Media bu barədə "Hürriyet" qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, bir qrup silahlı şəxs restoranda atəş açıb. Məlumata görə, şübhəlilər hadisə yerindən qaçmağa müvəffəq olublar. Polis onların tapılması üçün əməliyyat keçirir.

Atışmanın olduğu ərazidən 36 güllə gilizi aşkarlanıb.

İnsident nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti barədə məlumat verilmir.

Bizim.Media

Seçilən
25
46
bizim.media

10Mənbələr