BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 8 milyon 527 min 11 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 48 milyon 234 min 97 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 40 milyard 210 milyon 571 min dollar məbləğində avtomobil ixrac edib.