AZ

"Arsenal" "Palmeyras"ın müdafiəçisi Benedetti ilə maraqlanır

"Arsenal" "Palmeyras"ın müdafiəçisi Luis Benedettini transfer etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Dieqo Firmino məlumat yayıb.

Mənbənin məlumatına görə, "topçular" yay transfer pəncərəsində 19 yaşlı braziliyalının transfer imkanını nəzərdən keçirir.

2025-ci il mövsümündə müdafiəçi bütün yarışlarda 15 matçda 2 qol vurub. Onun "Palmeyras" ilə müqaviləsi 31 dekabr 2029-cu ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 500 min avro qiymətləndirir.

Seçilən
12
50
operativmedia.az

10Mənbələr