“Qarabağ” daha bir legionerini itirə bilər. Ağdamlıların qanalı yarımmüdafiəçisi Emmanuel Addai ciddi təklif alıb.
Operativ Media Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə yerli APOEL ciddi şəkildə maraqlanır. Kiprlilərin Ağdam təmsilçisi ilə razılığa yaxınlaşdığı bildirilir.
Addainin “Qarabağ”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro təşkil edir. Ötən mövsüm heyətə düşməkdə çətinlik çəkən legioner bu il avrokubokda baş tutan 3 oyunun hamısında əsas heyətdə olub.