AZ

"Əl Nəsr" "İnter"in ulduzu ilə əlaqə saxlayıb

 “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını "Əl Nəsr"də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə təmsilçisi türk futbolçu ilə maraqlanır.Ərəb klubu artıq 31 yaşlı futbolçunun ətrafı ilə əlaqə yaradıb.

İyul ayında mətbuatda türkiyəli oyunçunun vətəninə qayıda biləcəyi, ona “Qalatasaray” və “Fənərbağça”nın maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Lakin Çalhanoğlu daha sonra “İnter”də qalmaq istədiyini açıqlamışdı.

“Transfermarkt”ın qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 30 milyon avrodur. Onun “neradzurra” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Yaxın günlərdə "Al-Nasr" "Barselona"nın sabiq müdafiəçisi İnyigo Martinesin transferini də rəsmən elan edib.

Seçilən
35
28
90deqiqe.az

10Mənbələr