İsrail, yəhudi dövlətinin ərazisinin atəşə tutulmasına cavab olaraq Səna bölgəsində husilərə məxsus enerji obyektinə zərbə endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İDF Yəmənin dərinliklərində, İsraildən 2000 km məsafədə yerləşən, Husi terror rejiminin istifadə etdiyi enerji infrastrukturuna zərbə endirib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hücum Səna bölgəsində Husi terror rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrarlanan hücumlarına, o cümlədən İsrail ərazisinə yer-yer raketləri və pilotsuz uçuş aparatları atmasına cavab olaraq həyata keçirilib.