AZ

Rubio Makronu İsrail–HƏMAS danışıqlarını pozmaqda ittiham edib

ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.

Operativ Media xəbər verir ki, o, bu barədə "EWTN" kanalına açıqlamasında bildirib

Onun sözlərinə görə danışıqlar Makronun birtərəfli qaydada Fələstin dövlətini tanımaq qərarı verdiyi gün dayandırılıb.

Bu addım HƏMAS-a “atəşkəs bağlamamağı və bunu qələbə kimi görməyi” stimullaşdırıb.

Rubio əlavə edib ki, Makronun açıqlamasından sonra bir sıra ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər: “Əgər sentyabra qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.

Xatırladaq ki, 8 avqustda İsrailin hərbi kabineti Qəzzanın tam işğalı planını təsdiqləyib. Bir gün əvvəl baş nazir Benyamin Netanyahu bütün anklav üzərində hərbi nəzarət qurmaq niyyətini açıqlamışdı.

Seçilən
57
8
operativmedia.az

9Mənbələr