ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Dünya ulduzu Cennifer Lopez, 6 il ara verdikdən sonra Türkiyədəki konsertində enerjisi, rəqsləri və fiziki cazibədarlığı ilə izləyənləri heyran qoydu. 56 yaşına girsə də, görünüşü 30 yaşındakı qadınları xatırladır.
Bəs, onun belə qalmağının sirri nədədir? Sherg.az sizə tanış edir:
Hər gün ən az 7 saat yatır, yuxusundan heç vaxt güzəşt etmir.
Gün ərzində bol su içir, toksinləri atır. Sağlam qidalanır, işlənmiş və yağlı qidalardan uzaq dayanır. Axşam yeməyini hər gün saat 18:30-da yeyir.
Nadir halda günəşə çıxır, hər zaman günəş kremi istifadə edir. Siqaret çəkmir və alkoqoldan uzaq durur.
Saçından dırnağına qədər daim qulluq edir, müxtəlif maska və terapiya üsullarından istifadə edir.
Həftədə 4-5 dəfə idman edir, fərqli əzələ qruplarına fokuslanır. Tresi Anderson Metodu ilə kiçik əzələləri işləyib bədənini formalaşdırır.
Meditasiya və fərqindəlik məşqləri ilə stresini idarə edir və mərkəzini qoruyur.
Cennifer Lopezin bu kombinasiya edilmiş həyat tərzi ona həm cavan görünüş, həm də fit bədən bəxş edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.