AZ

Sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır - SN (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediyaİnstitutunun travmatoloq-ortopedi Valid Novruzov nazirliyin rəsmisaytına müsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Valid müəllim, fizki aktivliyin həyatımızdakı rolu nə qədərəhəmiyyətlidir?

- Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindənbiridir. O, təkcə bədənimizi formada saxlamaq üçün deyil, həm dəümumi rifahımızı yaxşılaşdırmaq, enerji potensialımızı yüksəltməkvə daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadihərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlərgüclənir və ürək daha effektiv işləməyə başlayır.
Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayırvə müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzunmüddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemlərimüşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehnisağlamlıq üçün faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlikhormonları ifraz olunur, özünüzü daha pozitiv hiss etmənizə köməkedir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyatkeyfiyyəti artır.

- Doktor, bilmək istərdik ki, qaçmaq, yoxsa gəzmək dahafaydalıdır?

- Hərəkət etmək sağlam qalmaq üçün vacibdir. Lakin hər kəsinbədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyətnövləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçünən əlçatan, daha yüngül və təhlükəsiz bir məşq növüdür, xüsusiləoynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlarüçün ideal seçimdir. Bundan əlavə, gəzinti uzun müddət davametdirmək üçün daha əlverişlidir. Bu zaman yorğunluq və zədələnməriski azdır. Ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşıtəmin olunur və qan dövranı normallaşır.
Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tezyandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaqvə sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısıseçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcəsağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsədbədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalı olabilər.

- Fiziki aktivlik hansı xəstəliklərin qarşısını alır?

- Mütəmadi fiziki aktivlik bir çox xəstəliklərin qarşısınıalmağa kömək edir. Məsələn, ürək-damar problemləri hərəkətsiz həyattərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə,damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qantəzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilər.Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıqçəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır.Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu dayaşlandıqca sağlamlıq problemləri yarada bilər.
Fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçininpsixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idmanedən insanlarda depressiya və stres daha az olur. Hərəkət azaldıqcaisə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur.Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemləriortaya çıxa bilər.

- Uşaqlar üçün ən uyğun fiziki məşqlər hansılardır?

- Uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdəolmaları həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıqhavada qaçmaq, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətləruşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir.Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını vəbirlikdə işləmə vərdişlərini inkişaf etdirir.
Valideynlər uşaqlarını passiv həyat tərzindən uzaq tutmalı, açıqhavada oynamağa, idman etməyə təşviq etməlidirlər.

- Bəs yaşlı insanlar üçün hansı idman növləri təhlükəsiz hesabolunur?

- Yaşlı insanlar üçün idman daha diqqətlə seçilməlidir.Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fizikifəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğunidman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədənigücləndirən məşqlərdir.
Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz vəeffektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa köməkedir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyiilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənəəlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyiniqoruyur. Həmçinin, yüngül dartınma hərəkətləri və ya sadəgimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrahqalmasına kömək edə bilər.
Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir.Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə dəgündəlik az da olsa fiziki aktiv olmaq çox vacibdir.

- İdman edərkən, hansi qidalardan uzaq durmaq lazimdir?

- İdman edən insanlar qidalanmalarına diqqət etməlidirlər, çünkibəzi qidalar məşqin effektivliyini azalda bilər. Məsələn, qazlı vəşəkərli içkilər bədəni susuzlaşdırır və enerjini müvəqqəti artırsada, tez bir zamanda yorğunluq yaradır. Fast food və qızardılmışyeməklər həzm sistemini yükləyərək məşqdən əvvəl və sonra ağırlıqhissi yaradır.
Həmçinin, süni qatqılar və konservantlarla zəngin olan məhsullarbədəndə lazımsız maddələrin toplanmasına səbəb ola bilər. Buna görədə, idman edərkən təbii və balanslı qidalar qəbul etmək vacibdir.Təzə meyvə-tərəvəz və bol su içmək daha yaxşı seçimdir.

- Günün hansı saatlarında məşqlər daha faydalıdır?

- İdmanın hansı saatda edilməsi fərdi seçimdən və insanıngündəlik rejimindən asılıdır. Səhər idmanı maddələr mübadiləsinisürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fizikifəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar olabilirlər.
Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağakömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hissedir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşqetmək bəzi insanların yuxu rejimini poza bilər.
Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstərsəhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbəttəsir göstərəcək.

- İdman etməyən insanlar bədənlərini formada saxlamaq üçün hansıgündəlik məşqləri etməlidirlər?

- Hərəkətsiz həyat tərzi sağlamlıq üçün çox zərərlidir. Lakinhər kəsin idman etməyə vaxtı və ya imkanı olmur. İdmanla məşğulolmayan insanlar da gündəlik həyatlarına sadə hərəkətlər əlavəedərək aktiv qala bilərlər. Bunun üçün gündəlik həyatda kiçikdəyişikliklərlə, daha çox hərəkət etmək mümkündür. Məsələn, liftəvəzinə pilləkənlərdən istifadə, işdə hər saat ayağa qalxıb hərəkətetmək, qısa məsafələrə avtomobil və ya ictimai nəqliyyatla getməkəvəzinə piyada getmək bu baxımdan faydalıdır. Ev işləri görmək,bağçılıqla məşğul olmaq və ya hətta musiqi ilə hərəkət etmək beləbədəni aktiv saxlaya bilər. Bundan əlavə, televiziya izləyərkən,sadə hərəkətlər də sağlamlığa müsbət təsir edə bilər.
Hərəkət azaldıqca bədən süstləşir və müxtəlif sağlamlıq problemləriortaya çıxır. Buna görə də, idman etməsəniz belə, gündəlikhəyatınızda kiçik hərəkətləri artırmaq vacibdir.
Fiziki aktivlik sağlam həyatın ayrılmaz bir hissəsidir. Sağlam vəenerjili həyat sürmək üçün hərəkət etməyi vərdiş halına gətirməkvacibdir. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur. İnsan istərpeşəkar idmançı olsun, istərsə də sadəcə sağlam qalmaq üçün hərəkətetməsi tövsiyə. Vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs özbədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halınagətirməlidir.
Bilmək vacibdir ki, sağlam həyat tərzi hər gün atılan kiçikaddımlarla formalaşır.

Sağlam
Sağlam
Seçilən
31
42
az.trend.az

10Mənbələr