"Çelsi" "Bayer"in müdafiəçisi Pyero İnkapie ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, onun sözləşməsində bu yay keçərli olan 60 milyon avroluq sərbəstqalma bəndi var.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

P. İnkapie 2021-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. O, burada 165 oyuna çıxıb və 7 qol vurub.

Ekvadorlu futbolçunun "aspirinlər"lə 2029-cu ilin yayına qədər müqaviləsi var.