AZ

Ərdoğan Putin-Tramp görüşünü alqışlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünün Ukrayna münaqişəsinin həlli yollarının axtarışına yeni təkan verdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ərdoğan "X"də paylaşım edib.

"ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada aparılan danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq yollarının axtarışına yeni təkan verib. Biz Alyaska sammitini alqışlayırıq və ümid edirik ki, Ukrayna prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq", - o, qeyd edib.

O əlavə edib ki, Türkiyə Ukraynada sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Seçilən
80
40
operativmedia.az

10Mənbələr