Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Operativ media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
"Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞƏT sammiti çərçivəsində görüşüb və qarşılıqlı etimad mühitinin yaradılması üçün konstruktiv dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Onlar regionda sabitlik və sülhün bərqərar olmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar", - Ermənistan Nazirlər Kabinetinin mətbuata açıqlamasında deyilir.