BAKI. 16 avqust. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti qarşılaşması keçirilib.
Teleqraf xəbər verir ki, ikinci oyun günün ilk matçında debütant "İmişli" və çempionluğa iddialı "Turan Tovuz" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş matç Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+9-cu dəqiqədə Roberto Olabe vurub.
90-cı dəqiqədə "Turan Tovuz"un hücumunu dəf edən zaman "İmişli"nin qapıçısı Andrey Sinenka ilə müdafiəçi Dioqo Rollo kəllə-kəlləyə toqquşub. Zərbənin gücündən yerdə qalan oyunçulara hər iki komandanın həkimləri yardım göstərib. Müdaxiləyə baxmayaraq, onlar matça davam edə bilməyiblər və əvəzləniblər.
Qeyd edək ki, turun açılış oyununda "Karvan Yevlax" da "Qəbələ" ilə heç-heçə edib - 1:0. Bu gün saat 20:00-da "Neftçi" və "Şamaxı" komandaları üz-üzə gələcəklər.