AZ

Şamaxı rəsmisi: Nə Karvan Yevlax , nə də İmişli stadiona görə bizə bir qəpik ödəyir

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Premyer Liqanın 3 klubu - “Şamaxı”, “Karvan-Yevlax” və “İmişli”nin ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirəcəyi bəllidir. Bəs belə sıxlıq qazonun yüklənməsinə gətirib çıxarmayacaqmı? Yoxsa maliyyə durumu zəif olan “Şamaxı” bu məsələyə pul qazanmaq vasitəsi kimi baxır?

İdman.biz xəbər verir ki, “şirlər”in idman direktoru Kamran İsmayılov Football-plus.az-a açıqlamasında buna aydınlıq gətirib.

"Şamaxı" rəsmisi bildirib ki, rəsmi şəkildə “İmişli”nin burda iki oyun keçirəcəyi açıqlanıb, sonra nə baş verəcəyini deyə bilmərəm: "Düzdü, yalnız iki oyun keçirəcəklərinə əmin deyiləm. Bu klubların Şamaxıda oynaması bizə çox çətinlik yaradacaq. Şamaxı stadionunun ot örtüyü süni olsa da, ən yaxşılardan biridi. Qorxuram ki, bu yüklənmə ilə bizim stadion da digər stadionların gününə düşsün. “Karvan”la “İmişli”yə nə var ki, əşyalarını yığıb gedəcəklər başqa stadiona, biz stadionsuz qalacağıq. Burda tək üç komanda oynamayacaq axı.

“Karvan” və “İmişli”dən fərqli bizə güzəşt olunmayıb. Bizim əvəzedici, U-19, U-17, U-16 və U-15 komandamız var. Hamısı ev oyunlarını burda keçirir. Hələ məşqlərimiz də var. Vaxt qrafiki baxımından çətinlik aşayırdıq. İndi daha da çətinləşəcək. Oyundan əvvəl məşqimiz zamanı hansısa komanda orda oynayacaq, məşq də alınmayacaq. Axşam məşq etmək olmur, işıqlandırma sistemi yoxdu. Günorta da istidə məşq etmək olmur. Ola bilər ki, bir-iki gün məşq etməyək.

Maddi maraq? Nə “Karvan-Yevlax”, nə də “İmişli” stadiona görə “Şamaxı”ya bir qəpik ödəyir. Stadion AFFA-ya məxsusdu. Onlar da bu stadiona köçəndə bizə bir kəlmə deməyiblər. AFFA ilə razılaşıblar, müqavilə bağlayıblar. Bizə AFFA-dan dedilər ki, xəbəriniz olsun, “Karvan” da, “İmişli” də Şamaxıda oynayacaq. Heç kim bizdən razılıq almayıb ki, maddi kömək də etsin. Bu komandaların ev oyunlarını Şamaxıda keçirməsi bizə problemdən başqa heç nə gətirməyəcək”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
5
icma.az

6Mənbələr