AZ

Şirvan və Şəkidə yanğın oldu

BAKI, 16 avqust. TELEQRAF

Şirvan şəhərində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
62
47
teleqraf.com

10Mənbələr