BAKI, 11 avqust. TELEQRAF
Şəki şəhərinin Fazıl kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sahəsi 119 m² köməkçi tikilinin yanar konstruksiyaları, altında yığılan 6 ton ot bağlaması və 200 kiloqram arpa yanıb. Ot bağlamalarının və arpanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qazax rayonunun Daş Salahlı kəndində isə ferma ərazisində ümumi sahəsi 150 m² tövlənin yanar konstruksiyaları 30 m² sahədə və içərisində yığılan 25 ton ot bağlaması yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Abşeron rayonunun Məmmədli kəndində qeydə alınıb.
Belə ki,sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 m² sahədə, evə bitişik sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.