AZ

“Kəpəz” Məmməd, Ümid və Əli ilə yeni müqavilə bağladı

2025/2026-cı illər mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Kəpəz” daha 3 futbolçusu ilə müqaviləni yeniləyib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.

Xatırladaq ki, Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda bu komandanın qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.

“Kəpəz” bu yay Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə bağlamışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov Gəncə klubunu tərk ediblər. Gedənlərin əvəzində Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa, Fərid Nəbiyev, Olavale Onanuqa, Vitor Feyjao, Cefferson Masiel Bento və Donald Donqo komandaya cəlb ediliblər.

Seçilən
29
35
arena.az

10Mənbələr