Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu – braziliyalı mərkəz müdafiəçisi Cefferson Masiel Bento ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Cefferson Masiel Bento Braziliyanın “Seara” klubunun yetirməsidir. 2023-cü ildə 400 min avro müqabilində “Botafoqo”ya keçmiş müdafiəçi ötən ilin avqustundan “Portimonense”də çıxış edirdi. 22 yaşlı futbolçu Portuqaliya komandasının heyətində 14 oyuna çıxsa da, fərqlənə bilməyib.
“Kəpəz” Bentodan öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa, Fərid Nəbiyev, Olavale Onanuqa və Vitor Feyjaonu da heyətinə qatmışdı. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov isə komandanı tərk ediblər.