AZ

"Bu şərtlə Putinlə yenidən görüşəcəyəm"

ABŞ prezidenti Donald Tramp bildirib ki, ukraynalı həmkarı Vladimir Zelenski ilə avqustun 18-də Vaşinqtonda keçiriləcək danışıqları uğurlu olarsa, Rusiya lideri Vladimir Putinin iştirakı ilə yeni görüş planlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial media hesabında yazıb.

"Prezident Zelenski bazar ertəsi günortadan sonra Vaşinqtona, Oval kabinetə gələcək. Hər şey yaxşı olarsa, prezident Putinlə görüş təyin edəcəyik", - Tramp bildirib.

Qeyd edək ki, Tramp və Putin avqustun 15-də Alyaskada görüşüblər. Sammit ümumilikdə 2 saat 45 dəqiqə davam edib.

Seçilən
24
50
publika.az

10Mənbələr