AZ

Rövşən Babayev: "Mingəçevirdə hansı qapını döyürsənsə, oradan istedadlı uşaq çıxır "

Elə bir mənzərə yaranıb ki, sanki Azərbaycan qətiyyət futbol ölkəsi deyil, bu oyun bizə yaddır. Əslində isə bu torpaqlardan həmişə istedadlar çıxıb, bacarıqlı oyunçular olub.

Ölkəmizdə xüsusən regionlardan daim bacarıqlı uşaqlar çıxıblar. Ümumi müzakirələrdə adı o qədər hallanmasa da, belə bölgələrdən biri də Mingəçevirdi.

İdman.biz xəbər verir ki, Sportal.az-a danışan mütəxəssis Rövşən Babayev açıqlamasında bu məsələyə toxunub.

O bildirib ki, daha çox başqa bölgələrin adı çəkilsə də, Mingəçeviri də xüsusi vurğulamaq lazımdır: "Bu sözü elə belə demirəm, inanın, Mingəçevirdə hansı qapını döyürsənsə, oradan istedadlı uşaq çıxır.

Ölkənin ən yaxşı akademiyası olan "Qəbələ" də ən çox uşaqları məhz Mingəçevirdən götürüb son illərdə. Digər akademiyalarda da xeyli sayda mingəçevirli uşaq var. Sadəcə bu şəhərin özündə bu günə qədər yaxşı akademiya olmadığı üçün uşaqlar başqa klublara dağılışıblar.

İndi vəziyyət dəyişib. "Mingəçevir" klubunun yeni rəhbərliyi böyük layihələr həyata keçirmək niyyətindədir. Orada yaxşı akademiya qurulsa, xeyli istedadlar üzə çıxacaq, buna əminəm".

İdman.biz

Seçilən
47
50
idman.biz

10Mənbələr