AZ

Cəlilabaddan olan 3 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılaraq ölüb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Moskva şəhərində qeydə alınıb.

3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, uşağın atası əslən Cəlilabad rayonundandır.

O, uzun müddətdir ki, Rusiyada yaşayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
apa.az

4Mənbələr