AZ

Alyaska görüşü rubla necə təsir edə bilər?

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada baş tutan görüş gözlənildiyi kimi ciddi nəticə vermədi. Danışıqların gedişində Ukrayna müharibəsi ilə bağlı əsas şərtlərdə ortaq mövqeyin tapılmaması tərəflərin iqtisadi münasibətlərinə və qlobal bazarlara birbaşa təsir göstərdi.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, görüşdən öncə bazarlarda müəyyən gözləntilər vardı. Xüsusilə enerji bazarlarında sanksiyaların yumşaldılması ehtimalı investorları ümidləndirmişdi. Amma görüş nəticəsiz qurtardığı üçün böyük dalğalanma baş vermədi. Bununla belə, müzakirələrin davam edəcəyi ilə bağlı mesajlar bazarların kəskin reaksiyasının qarşısını aldı.

Valyuta bazarında isə diqqət rubl–dollar nisbətinə yönəldi. Ekspertlərin qənaətinə görə, danışıqların uğursuz alınması rublun zəifləməsi riskini artırır. Əgər siyasi gərginlik dərinləşərsə, ilin sonuna doğru dollar - rubı məzənnəsinin 85-ə yüksəlməsi mümkündür. Neytral ssenaridə isə, yəni dialoqun tam dayandırılmaması fonunda rubl 80–85 aralığında sabit qala bilər. Bu, həm Rusiyanın enerji ixracı, həm də Qərbin yeni sanksiya siyasətindən asılı olacaq.

Digər tərəfdən, ABŞ və Avropa Birliyi sanksiya paketlərinin uzadılacağını açıq şəkildə bəyan etməsələr də, bu mövzuda mövqelərinin dəyişməz olduğunu göstərdilər. Bu isə Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırır və rublun dayanıqlığını sual altına qoyur.

Nəticə etibarilə, Alyaska görüşü siyasi baxımdan nəticəsiz görünsə də, onun iqtisadi siqnalları aydındır. ABŞ–Rusiya münasibətlərində kompromis əldə olunmadıqca, rublun dollar qarşısında möhkəmlənməsi çətin görünür. Yaxın aylarda valyuta bazarında stabillik daha çox siyasi proseslərin gedişindən asılı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
metbuat.az

10Mənbələr