AZ

“Kəpəz”də dəyişiklik: İki nəfər klubdan uzaqlaşdırıldı

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib.

Publika.az xəbər verir ki, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub.

Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. Erkin İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub.

Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, icraçı direktor və akademiyanın direktoru vəzifələri ləğv edildiyindən, Cabir İbrahimovla yollar ayrılıb.

Seçilən
67
23
publika.az

10Mənbələr