AZ

“Kəpəz” klubunun İdarə Heyətinə yeni sədr təyin olunub

“Kəpəz”in İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib.

Gəncə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub.

Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. E.İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub.

Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, icraçı direktor və akademiyanın direktoru vəzifələri ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.

Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Seçilən
53
23
90deqiqe.az

10Mənbələr