Rusiyada 3 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
İlkin məlumata əsasən, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Mərhum azyaşlının atası əslən Cəlilabad rayonundandır və uzun müddətdir Rusiyada yaşayır.