AZ

Rusiyada yaşayan azərbaycanlının uşağı 13-cü mərtəbədən yıxılaraq öldü

CƏLİLABAD, 15 avqust. TELEQRAF

Rusiyada 3 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Moskva şəhərində baş verib.

İlkin məlumata əsasən, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Mərhum azyaşlının atası əslən Cəlilabad rayonundandır və uzun müddətdir Rusiyada yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr