AZ

Gözlənilən görüş başladı Yenilənir+Canlı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq. 

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***

ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
12
qafqazinfo.az

10Mənbələr